Sinfiniz üçün hazırlıq köməkçisi
Öz dərs qeydinizdən dəqiqələr içində quiz, sınaq imtahanı və ya bələdçili dərs hazırlayın; şagirdlərinizə təyin edin, nəticələri bir ekranda görün.
Nələr edə bilərsiniz?
- Sinif açın, 6 rəqəmli sinif kodunu şagirdlərinizlə paylaşın
- PDF, şəkil, mətn və ya linkdən 8 fərqli növdə iş yaradın
- İşi bir və ya bir neçə sinfə təyin edin
- Kimin həll etdiyini, ən yaxşı balını və cəhd sayını görün
- Sinfin ən çox çətinlik çəkdiyi mövzuları faizlərlə izləyin
Necə başlayım?
- Müəllim hesabı açın.
- Siniflər səhifəsindən sinif yaradın.
- Kitabxanada materialınızı əlavə edib iş yaradın, “Sinfə təyin et” deyin.
- Şagirdlər Profil səhifəsindən sinif kodu ilə qoşulur; təyin olunan tapşırıqlar “Sinif tapşırıqları” bölməsində görünür.
Məktəbiniz üçün toplu lisenziya: təklif istəyin. Müəllimlər üçün pulsuz Pro: şərtlər.
Müəllimlər üçün pulsuz: Müəllim Pro
Müəllim hesabı həmişə pulsuzdur. Siniflərinizdə Plus və ya Premium paketi olan ən azı 10 şagird olduqda hesabınız avtomatik olaraq Müəllim Pro olur və hər ay 250 süni intellekt limiti qazanırsınız. Ödəniş, kart və ya müraciət tələb olunmur.
İstifadə şərtləri
- Kim istifadə edə bilər? “Müəllim” növü ilə hesab açan hər kəs. Hesab açmaq və sinif yaratmaq pulsuzdur.
- Pro necə aktivləşir? Şagirdlər öz Mektepli hesabları ilə sinif kodunuzu daxil edərək sinfinizə qoşulurlar. Bütün siniflərinizdə abunəliyi (Plus və ya Premium) davam edən fərqli şagirdlərin sayı 10-a çatan kimi Pro aktivləşir. Pulsuz plandakı şagirdlər sinfinizə qoşula bilər, lakin bu saya daxil edilmir; cari sayı Siniflər səhifəsində görə bilərsiniz.
- Pro-da nələr var? Ayda 250 süni intellekt limiti (tapşırıq yaratmaq, sınaq hazırlamaq, müəllimlə söhbət), gündəlik məhdudiyyət yoxdur. Sinif, ev tapşırığı vermək və hesabatlar hər müəllim üçün limitsizdir.
- Pro-ya qədər: Pulsuz plandakı aylıq limit qüvvədədir; sinif yaratmaq, tapşırıq vermək və hesabatlardan yenə də istifadə edə bilərsiniz.
- Say azalarsa: Şagirdlər sinifdən çıxarsa və ya abunəlikləri başa çatarsa və Plus/Premium şagirdlərin sayı 10-dan aşağı düşərsə, Pro eyni anda bağlanır; həmin ay istifadə olunmuş limitlər geri alınmır.
- Şagirdlərin limitləri: Şagirdlər öz hesablarının planından istifadə edirlər (pulsuz, Plus və ya Premium). Müəllimin verdiyi tapşırıq bir dəfə yaradılır və hamı eyni tapşırığı həll edir; quiz həll etmək, kartlara baxmaq və ya dərs keçmək şagirdin limitindən çıxılmır. Yazılı və şifahi sınaqların süni intellektlə qiymətləndirilməsi isə şagirdin öz limitindən çıxılır.
- PDF məhdudiyyəti: Pulsuz planda ayda 2 PDF (hər biri maksimum 10 səhifə), Plus və Müəllim Pro-da ayda 20 PDF (maksimum 40 səhifə), Premium-da ayda 60 PDF (maksimum 80 səhifə) yükləmək olar. Foto, mətn və keçid əlavə etmək bu məhdudiyyətə daxil deyil.
- Sui-istifadə: Saxta və ya eyni şəxsə məxsus şagird hesabları ilə Pro-nu aktivləşdirmək qadağandır; aşkar edilərsə, Pro bağlanır.
- Səs və əlavə paketlər: Təbii səsli müəllim və əlavə sual paketləri Pro-ya daxil deyil; istəyən müəllim Plus və ya Premium ala bilər.
Məktəblər üçün toplu lisenziya
Məktəbinizdəki bütün şagirdlər üçün Plus və ya Premium imkanlarını toplu və endirimli şəkildə açırıq; müəllim hesabları pulsuzdur. Şagird sayınızı yazın, sizə özəl təklif göndərək.